• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 21.08.2019 12:11

Əraziyə amfibiya təyyarəsi cəlb edilib

KepezTV Player

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin iki helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısı alınıb. Lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində tüstülənmə müşahidə olunur. Alovun söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, yerli sakinlər əl əməyindən, mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstərirlər. Hazırda tüstülənən sahələrində işlər davam edir.