• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2315
— 21.08.2019 12:20

Yol qəzaları ağır nəticələnib

KepezTV Player

Hacıqabul rayonunun Nəvahi kəndində Ağstafa sakini, 27 yaşlı Fərəcov Ramil Rafiq oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil "KamAZ" markalı yük avtomobilinə arxadan çırpılıb. Hadisə nəticəsində minik avtomobilində olan sərnişin - 54 yaşlı İsmayılov Şahin Qəmət oğlu hadisə yerində ölüb. Sürücü və digər sərnişin, 30 yaşlı Vüsal İsmayılov yüngül xəsarətlər alıb. Xaçmazın Hacı Zeynalabdin Tağıyev küçəsində Köhnə Xaçmaz kənd sakini 49 yaşlı Mahmud Pənahovun idarə etdiyi “VAZ 2109” markalı avtomobil qadını vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Siyəzəndə Eynibulaq kənd sakini, 25 yaşlı Mirnağı Həşimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Siyəzən şəhər sakini, 41 yaşlı Seymur Quliyevin idarə etdiyi "Opel" toqquşub. Nəticədə 8 nəfər xəsarət alıb. Onlar Siyəzən Regional Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar.Yaralılardan 6-nın xəsarəti yüngül olduğundan ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. "VAZ 2107"nin sürücüsü Mirnağı Həşimovun və sərnişininin xəsarətləri ağır olduğundan müalicələri davam etdirilir.Tovuzun Aşağı Əyublu kəndində "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yarımtikili evə çırpılıb. Nəticədə 36 yaşlı Mahir Kazımov xəsarət alıb. Xəstəxanaya çatdırılan və tibbi yardım göstərilən şəxsin vəziyyətinin normal olduğu bildirilir. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində isə hərəkətdə olan "Mercedes" markalı avtomobil xəndəyə düşüb. Maşın yararsız hala düşüb. Prospektdə bir müddətdir ki, kanalizasiya xətlərinin yenilənməsi işləri görülür. Avtoqəza baş verən zaman ərazinin lentlə hasarlandığı deyilir. Faktlarla bağlı araşdırma aparılır.