• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1603
— 21.08.2019 12:29

Pedaqoqlar maarifləndiriliblər

Gəncədə məktəbəqədər hazırlıq qrupunda işləyəcək müəllimlər üçün təlim keçirilib. Pedaqoqlara məktəbəqədər hazırlığa cəlb olunacaq uşaqlarla işləmək, onlara erkən yaş dövründən intellektual, fiziki və psixi inkişaf, sadə əmək vərdişlərinə yiyələnmək, istedad və qabiliyyətin üzə çıxarılması üçün müxtəlif məşğələlər, sağlamlığının qorunmasını, estetik tərbiyə, təbiətə və insanlara həssas münasibətinin formalaşması kimi vacib amillər izah edilib. Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacib hesab edilir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafına böyük önəm verilir.