KepezTV Player
Son illərə olan statistik məlumatlara əsasən göz xəstəlikləri ilə bağlı bütün yaş qruplarında həkimlərə müraciət edənlərin sayı artıb. Gözlə bağlı müxtəlif xəstəliklərdə cavanlaşma hiss olunmaqdadır. Belə ki, əvvəllər göz xəstəlikləri daha çox yaşlı insanlarda əmələ gəlirdisə, hazırda yeniyetmə və gənclər, hətta daha kiçikyaşlı uşaqlar arasında da yayılmağa başlayıb. Bəs görəsən, ən vacib duyğu orqanımız olan, bizi ətraf mühitlə bağlayan, bütövlükdə dünyanı görməyə imkan verən gözlərimizin qayğısına düzgün qala bilirikmi?
- Baxış: 314