• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1098
— 20.08.2019 20:37

Sağlam yaşamaq üçün arı məhsullarından istifadə edək

KepezTV Player

Apiterapiya-arı zəhəri və onun məhsullarından istifadə etməklə müalicə üsuludur. Arı məhsulları içərisində ən çox tanınan baldır. Amma arıçılar arasında sonuncu məhsul sayılır. İçərisindəki dəyərli maddələrin varlığına görə çiçək tozu, güləm, propolis, vərəmum, arı südü, mum güvəsi, ölmüş arılardan da istifadə edilir. Müalicə vasitəsindən biri də ölü arılardır.  Ancaq bu arılar xəstəlik yaxud dərmanlanma nəticəsində məhv olanlar deyil, yaşam dövrünü başa vurmuş fərdlərdir.

Füzuli Verdiyev Gəncə Arıçılar Assosiasiyasının sədri: Yay dövründə arı yeşiyinin qarşısına ölüb tökülən arılardır. Öz yaş dövrünü tamamlayanları yığımışıq. Buna diqqət etmək lazımdır. Bunu qurudub üyüdürük.Aşağı dozalı spirtdə həll edirik. Həll olunandan sonra bu gündı iki dəfə yeməkdən yarım saat öncə istifadə etmək lazımdır. Bunun tərkibindən olan xtinozor maddəsi dünyada olan bütün canlıların dərisindəkindən artıqdır. Bundan prostat vəzin adenomasında istifadə olunur.

Bundan əlavə mum güvəsinin spirtdə məhlulu damar kirəcləşməsinin müalicəsində istifadə olunur. Son illərdə nəfəs yolları xəstəliklərində arı yeşiklərində olan hava ilə nəfəs almaq texnikası da geniş yayılıb. Günlərə bölünməklə 55 saat müalicə aparılır. Hər yeşikdəki hava ilə 15-20 dəqiqə nəfəs almaq lazımdır.

Füzuli Verdiyev Gəncə Arıçılar Assosasiyasının sədri:Bu aparat vasitəsilə insanın allergiyası yoxdursa astma xəstəliyini tam müalicə edilir. Anamda şəxsən anamda yüksək səviyyədə xeyrini görmüşəm. Tutumaların çox dərin olurdu. 1 kurs ildə 1 dəfə. Arının ən yaxşı dövrü olan yazda, propolis və vərəmumu gətirdiyi vaxt  şirəni bal halına salanda içəridə hava yaranır. Bu qarışıqdan istifadə etdikdə tam effekt görürsən.

“Sağlam yaşamaq üçün arı məhsullarından istifadə edək” deyən müsahibimiz qiymətlərin də o qədər yüksək olmadığını qeyd edir. Profiklaktik və müalicə məqsədilə seçəcəyimiz dərman təbii olsun.