Bu ilin sonuna kimi Gəncədə 50 çoxmərtəbəli yaşayış binasının dam örtüyü yenilənəcək. İşlərə iyulun 15-dən başlanılıb. Bu binalardan dördü 3 mərtəbəli, digərləri isə 5 mərtəbəlidir. Layihəyə uyğun olaraq həmin binalardan 28-nin dam örtüyü tamami ilə yenilənib,eləcə də tüstü bacaları da quraşdırılıb. Həmçinin 10 binanın eyvanı müasir görkəmə salınıb, daha 6 binada isə işlər davam etdirilir. Hazırda Şeyx Bahəddin, Üzeyir Hacıbəyov, Dədə Qorqud küçələrində, Atatürk, Şah İsmayıl Xətai prospektlərində olan 22 binanın dam örtüyünün sökülməsinə başlanılıb. Binaların ən kiçiyinin ölçüsü 870 kvm, ən böyüyü isə 1869 kvadratmetirdir.
Gəncədə 69-u 3, 4 və 5 mərtəbəli, 79-u isə 9 və 12 mərtəbəli olmaqla 148 binanın dam örtüyü tamamilə dəyişdirilib. Ümumilikdə şəhərdə 900-ə yaxın çox mərtəbəli bina var.
Alpay Çəlik iş icraçısı:Köhnə dam örtüklərinin hamısı sökülür, yenidən dam örtükləri bərpa edilir. Hamısı ən yeni və əhalinin rahat olduğu şəkildə müasir formada yerinə yetirilir. Novlar, su borularının hamısı dəyişdirilir və yeniləri qoyulur. Standarta uyğun layihədə nə varsa onu həyata keçiririk.
Məhərrəm Qasımov sakin:Sağ olsunlar indi düzəldirlər. Su damırdı, yağış yağanda su tökülürdü. Çənlərdən də su axırdı. Kimin bu işdə əməyi var, köməyi var hamısına minnətdarıq.
Şəmistan Qasımov sakin:Dam örtüyünə çoxdan ehtiyacımız var idi. Bu ehtiyacımızda sağ olsunlar bütün təşkilatlara minnətdarığımızı bildiririk.
- Baxış: 624