• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1412
— 19.08.2019 19:25

Qaydalar pozulub

KepezTV Player

Astarada reyd zamanı ciddi qayda pozuntusuna yol verərək həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücü saxlanılıb. Astara şəhər sakini Camal İbrahimov DİN-in 102 xidməti-zəng mərkəzinə müraciət edib, dənizkənarı parkın yaxınlığında maşınla təhlükəli manevrlər edərək özü və nəvəsinin həyatını riskə atan sürücü haqqında məlumat verərək şikayətçi olub. Nəticədə Astara RPŞ-nin əməkdaşları tərəfindən avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Reyddə yük avtomobili dövlət nömrə qeydiyyat nişanı olmadan idarə edən, eləcə də sərnişindaşıma qaydalarını pozan sürücülərə də rast gəlinib.

Eyni zamanda sürücülük vəsiqəsi olmadan avtomobilin sükanı arxasında əyləşən iki sürücü müəyyən edilib. Qayda pozuntusuna yol verən sürücülərin maşınları cərimə meydançasına aparılıb.

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi ilə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirak etdiyi reyddə daha çox havaya buraxılan dəm qazı normadan artıq olan Rusiyanın istehsal etdiyi nəqliyyat vasitələri saxlanılıb. Reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır. Qeyd edək ki, dəm qazının miqdarı 3,5-ə qədər normativə uyğun, 3,5-dən yuxarı olarsa, sürücü inzibati məsuliyətə cəlb olunur. Sürücülərə tələblər və qaydalar izah edilib. "Təmiz hava" aylığı çərçivəsində keçirilən reydlər avqust ayının sonuna kimi davam edəcək.