• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1495
— 19.08.2019 20:11

O, dünyanın ən qəliz tapılan və ən dəyərli pullarına sahibdir

KepezTV Player

Tarix elə bir izdir ki, üzərindən illər keçsə də o silinməz olaraq qalır və həmin dövrün cansız şahidləri onu undulmağa qoymayırlar. Müxtəlif vaxtlara təsadüf edən pul əskinazları, qədim sikkələr bunlar arasında xüsusi yer tutur. Tarixçi Elçin Əsgərsoy bu nominallara xüsusi maraq göstərərək, onları qoruyub saxlayanlardandır.

Özündə müxtəlif tarixi məlumatları, ornamentləri əks etdirən qiymətli kağız və qəpikləri toplamaq əksəriyyətin maraq dairəsində olmasa da, müsahibimiz tarixçi – kolleksioner Elçin Əsgərsoy özünün qeyri-adi məşğuliyyəti ilə çoxlarından seçilir. Həmsöhbətim bu sahəni öyrənən elmlə bizi yaxından tanış etdi.

Kolleksioner bir çox müəllimlərinin sayəsində 1993-cü ildən qiymətli kağızlara maraq göstərdiyini vurğuladı. 

Bəzi pullar gümüşdən olduğu üçün bəzək əşyalarının üzərinə vaxtilə qaynaq edildiyini söyləyən müsahibimiz hazırda kolleksiyasına aid olan hər bir pulu ayrılıqda numizmatika elmi ilə məğul olan insanlar üçün nəzərdə tutulmuş xüsusi albomlarda qoruyur. Əsgərsoy daha çox diqqətini cəlb edən bir neçə kağız pullar haqqında məlumat verdi.