Havaların isti keçməsi günvurma təhlükəsinidə aktual edir. Xüsusəndə bu havalarda açıq günəş altında işləyən vətəndaşlar daha çox bu təhlükə ilə üz-üzə qalır. Açıq günəş altında fiziki əməklkə məşğul olanlardan əksəriyyətidə aqrar sahədə çalışanlardı. Bunu nəzərə alaraq Göygöl Mərkəzi Rayon Xəstəxanası bütün kənd xəstəxanalarına və sahə tibb məntəqələrini günvurmaya eləcədə zəhərli sürünənlər və həşaratlaran dişləməsinə qarşı ilkin tibbi yardım ləvazimatı və pereparatları ilə təchiz edib. Bu günədək mərkəzi rayon xəstəxanasına günvurma ilə müraciət edən olmasada, zəhərli sürünənin hücumuna məruz qalan bir nəfərə tibbi yardım göstərilib. Həkimlər hər iki hala qarşı vətəndaşlara diqqətli olmağı tövsiyyə edirlər. Sahələrdə çalışarkən həm gün şüalarından, həm də zəhərli həşəratlardan qorunmaq üçün xüsusi geyimlərdən istifadə etmək əsas şərt hesab edilir.
Eldar Muradov - Göygöl MRX-nın baş həkimin müavini: Yaşlı insanlar, xüsusəndə yaşı 50-dən yuxarı olan insanlar və azyaşlı uşaqların gün şüalarının təsirinə məruz qalan sahələrdə çalışması yolverilməzdi. Və xüsusəndə yaşından asılı olmayaraq ürək-damar xəstəlikləri olan xəstələr, şəkərli diabeti olan insanlar, müəyyən mayeqəbuluna ehtiyyacı olan xəstələr varsa onlar açıq günəş altında işləməməlidirlər. onlar bu məsələdə daha diqqətli olmalı və qorunmalıdırlar. Bütün hallarda arxayın olmaq olmaz ki, ilkin tibbi yardım var. Buna qədər ele etmək lazımdır ki, bu hallar baş verməsin.
- Baxış: 311