KepezTV Player
Daxili işlər orqanı əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, kultivasiya yolu ilə yetişdirilən, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində “Xaş-Xaş 2019” kompleks tədbirlər planına uyğun olaraq əməliyyat tədbirlərini davam etdirirlər. Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Todan kəndində yerləşən Lemsə bağ sahəsinin 2,3 hektar ərazisindən hündürlüyü 1-2 metr arasında olan, ümumi çəkisi 2 ton 768 kiloqram, 7586 ədəd yabanı halda bitən çətənə kolu aşkarlanıb. Həmin çətənə kolları polis yığılaraq yandırılmaqla məhv edilib. Faktla bağlı başlanan təhqiqat davam etdirilir.
- Baxış: 796