Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən Qurban bayramı ilə əlaqədar heyvanların satışına icazə verilən yerlərdə dezinfeksiya tədbirinə başlanılıb. Şəmkir rayonunda müvafiq qurumlar tərəfindən müəyyən edilmiş diri heyvanların satışının və kəsiminin aparıldığı 2 yerdə ödənişsiz əsaslarla dezinfeksiya tədbirləri yekunlaşıb. İnfeksion və invazion xəstəliklərin qarşısının alınması məqsədlə aparılan dezinfeksiya işində kimyəvi məhlullar əraziyə xüsusi maşınlarla güclü axın şəklində səpilib, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə aparılıb. Obyektlər dezinfeksiya tədbirlərindən sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib, bununla da heyvan satışı üçün ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunub. Bu tədbir digər rayon və şəhərlərdə ardıcıl şəkildə davam etdirilir. Tədbirin avqustun 16-da yekunlaşması nəzərdə tutulur.
- Baxış: 475