• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1830
— 14.08.2019 16:52

Turan Bayramov bürünc medal qazandı

KepezTV Player

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya birinciliyi davam edir. Sərbəst güləşçilərin mübarizəsində yığmanın əsas simalarından sayılan, gəncəli Turan Bayramov mundialın bürünc medalını qazanıb.

Fəxri kürsüyə gedən yolda Bayramov ilk mərhələdə gürcü rəqibinə xal vermədən qalib gəlib. Gənclər arasında Avropa çempionu 1/8 finalda ABŞ idmançısına aman verməyib. Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda iranlı pəhləvanla gərgin görüş keçirib. Bayramov 7:1 öndə olsa da, son dəqiqədə böyük üstünlüyü əldən verib və məğlub olub. Rəqib finala çıxdığı üçün Turan təsəlliverici görüşdə mübarizəni davam etdirib. Bu yolda ilk olaraq Rumıniyalı rəqibini çətinlik çəkmədən məğlub edən Bayramov 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Türkiyə pəhləvanına da rahat qalib gələn Turan dünya birinciliyinin bürünc medalına sahib çıxıb.

 

Azad Rəfi