Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzi nəzarətini həyata keçirdiyi Hacıkənd və Göygöl meşəliyində yanğın təhlükəsinə qarşı gücləndirilən iş rejimində fəaliyyət göstərir. Mərkəzin meşə gözətçiləri günün 24 satı ərazini tam nəzarətdə saxlayırlar. Çoxsaylı turist axını nəzərə alınaraq istirahət yerlərində yanğn təhlükəsinə qarşı görüşlər keçirilir, baş verə biləcək hadisənijn qarşısını almaq üçün marifləndirmə işləri aparılır. Icazəsiz yerlərdə tonqalların yandırılmaması üçün müvafiq tədbirlər həyata keçirilir. Bununla belə meşə ərazisində yanğın təhlükəsinə qarşı xəbərdarlıq lövhələridə asılıb. Əraziyə üz tutan qonaqlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə hazırlanan marifləndirici bukletlər paylanılıb. Gücləndirilən iş rejimi yay mövsüm başa çatanadək qüvvədə olacaq.
Vəliyəddin Baxışəliyev - Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini: Əraziyə gələn turistlərin əvvəlcədən marifləndirilməsi üçün, hər hansı bir yanğın hadisəsinin qaşısını almaq məqsədi ilə həm mərkəzdə həm də meşəbəyliklərdə növbətçilik sistemi yaradılıb. Hər iki saatdan bir ərazidə baş verən hadisələrlə bağlı mərkəzə məlumat verilir. Bundan başqa mərkəzin əməkdaşları ilə yanaşı meşələrə yaxın olan kəndlərdə də könüllü dəstələr yaradılıb, həmin könüllü dəstələrlədə mütəmadi əlaqələr saxlanılır, hər hansı yanğın hadisəsi baş verərsə həmin könüllü dəstələrdə bizlə yanaşı baş verən hadisənin aradan qalıdırılmasına hazırdılar.
- Baxış: 573