• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2235
— 13.08.2019 12:28

Sahibkar qadınlar yeni layihələrə cəlb olunur

KepezTV Player

“Sahibkar Qadınlar” İctimai Birliyi ilin sonuna kimi 3 böyük layihəni həyata keçirəcək. Bu layihələr qadın sahibkarlığının dəstəklənməsinə eləcə də onun inkişafına kömək etmək məqsədi daşıyır. Həmçinin onların gələcək planlarına kömək etmək, peşə kurslarına cəlb edilməsi və texniki yardımların göstərilməsi də layihələri əhatə edəcək. Burada əsasən kənd və rayonlarda yaşayan sahibkar qadınlara dəstək nəzərdə tutulub. 18 ildir ki, fəaliyyət göstərən İctimai Birliyin hazırda Respublikanın 16 şəhər və rayonunda 7 minə yaxın üzvü var ki, onun da 500-dən  çoxu qərb regionunda fəaliyyət göstərir. Bu illər ərzində Birlik 13 ölkənin sahibkar qadınları ilə dostluq memorandomu imzalanıb.