• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3970
— 13.08.2019 12:07

İdarəetmədən çıxan maşın 1 nəfəri həyatından, 2 nəfəri sağlamlığından etdi

KepezTV Player

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hərəkətdə olan "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər isə xəsarət alıb. Rayonun Kəpənəkçi kənd sakini, 59 yaşlı sürücü Güloğlan Tağıyevin atası, 79 yaşlı Hümmət Tağıyev hadisə yerində ölüb. Qəza zamanı habelə sürücü və onun oğlu, 24 yaşlı Xaliq Tağıyev müxtəlif bədən xəsarətləri alıblar. Hər iki yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdiriliblər.