Gəncədə fərdi şəxslər kurslar təşkil etməklə gitaraya həvəsi olan gəncləri ətraflarına cəlb edirlər. Müsahibimiz Elgün Nağdalıyev belə müəllimlərdəndir.
Elgün Nağdalıyev müəllim: 3 ildir ki, gitara üzrə dərslər keçirəm. Əsasən, 10 yaşdan yuxarı tələbələrə üstünlük veririk. Çünki azyaşlı uşaqlar simləri tuta bilmir, gücləri çatmır. Tələbələr çoxdur, qızlar da var, oğlanlar da. Ən balaca tələbəmin 10 yaşı, ən böyük tələbəmin isə 48 yaşı var.
Gitaranın elektron, akustik və digət növləri var. Bu simli alətdə ifa etmək üçün 50-yə yaxın müxtəlif akkorddan istifadə olunur. Gitaraya maraq göstərənlər öncə sadə akkordları öyrənməli və klassik gitaradan başlamalıdırlar.
Toğrul Əhmədov tələbə: Hardasa 4-5 aydır ki, dərslərə gəlirəm. ifalar əslində mənim üçün çox asan gəldi. Bir neçə dərsə mənimsədim.
Eyyub Əliyev tələbə: Çətinlik çəkdiyim məqamlar çox olmur. Olduğu vaxtlar müəllimdən məsləhət almağa çalışıram.
Gitarada müəyyən bir musiqini ifa etmək üçün tələb olunan dərs sayına gəldikdə...
Elgün Nağdalıyev müəllim: Artıq 4-5 dərsə sərbəst mahnı ifa eləyə bilirlər. Əlbəttə ki, bu yaşa görə dəyişir. Yaşca böyük insanlar müraciət edəndə bəzən olur ki, 2 dərsə hər hansı bir mahnını öyrənə bilirlər. Qulağa qəribə gəlsə də, fakt faktlığında qalır.
Gənclər gitaraları ilə bu gün müxtəlif şəhər tədbirlərində aktiv iştirak edirlər, öz üzərlərində həvəslə çalışırlar.
- Baxış: 504