• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1319
— 13.08.2019 11:52

Özünü məşğul edənlərin sayı artır

KepezTV Player

Azərbaycanda аztəminаtlı аilələrin sоsiаl müdаfiəsinin gücləndirilməsi ilə yаnаşı, оnlаrın аktiv əməyə cəlb еdilməsinə, məşğulluğunun təmin оlunmаsınа və bununlа dа fəаl həyаt mövqеyinin fоrmаlаşmаsınа хüsusi diqqət yеtirilir. Bu bахımdаn reallaşdırılan “Özünüməşğulluq” proqramı Şəmkir rayonunda da vətəndaşlara öz ailə təsərrüfatlarını və bizneslərini qurmağa imkan verir. Əməkdaşlarımız proqramdan yararlanan rayon sakinlərin layihə ilə bağlı fikirlərini öyrənib.

Bəhlul Minəxanov proqram iştirakçısı: Dövlət aktivlərlə təmin edib. Göründüyü kimi dövlət tərəfindən 3 aktiv verilib. Sonradan öz biznes sahəmi genişləndirərək aktivlərin sayını 5-ə çatdırmışam. Hal-hazırda biznes sahəm bu şəkildə də davam etdirilir.

Bu il Şəmkir rayonunda 2088 nəfər işaxtaran qismində rayon Məşğulluq Mərkəzinə müraciət edib. Həmin şəsxlər təlimlərə cəlb edilərək, biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnir və seçdiyi sahə üzrə lazımi təminat aparılır. Rayonun Könüllü kəndində yaşayan Elbrus Məmmədova isə öz məşğulluğunu təmin еtmək və аilə biznеsini qurmаq üçün iki baş iribuynuzlu heyvan verilib. Elbrus Məmmədov heyvanların sayını çoxaltmağı və təsərrüfatını genişləndirməyi düşünür.

Elbrus Məmmədov proqram iştirakçısı: Təsərrüfatımı artırmaq fikrim var. Gələcəyə allah qoysa tövləmi böyüdüb dövlətimizə müraciət edib yenidən artırmaq niyyətindəyəm.

Proqram çərçivəsində 2018-ci ildə Şəmkir rayonunda 160 aztəminatlı ailəyə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün zəruri mal və materiallar verilib. Vətəndaşlar verilmiş aktivlər hesabına öz ailə təsərrüfatlarını formalaşdırıblar. 

Namiq İsmayılov Şəmkir Rayon Məşğulluq Mərkəzinin direktoru: 2019-cu ilin hazırki dövründə 63 ailə özünüməşğulluq proqramına müraciət edib. Onlardan 28 nəfəri qiymətləndirmədən keçmiş 15 ailə isə hazırda proqramda iştirak edir. 

Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlilliyi olanlara, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlara və digər həssas qruplara aid vətəndaşlara üstünlük verilir.

Natiq Hüseyn