• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2195
— 12.08.2019 12:08

Amil Həmzəyevin komandası iki mərhələdə medal qazandı

KepezTV Player

Gəncəli basketbolçu Amil Həmzəyevin də heyətində yer aldığı Azərbaycanın “Zirvə-Astara” komandası  3×3 basketbolu üzrə dünya turunun növbəti iki mərhələsində çıxış edib.  Beynəlxalq Basketbol Federasiyasının təşkilatçılığı ilə Avropa zonasında reallaşan turnirlər Latviya və Belarusda keçirilib. Yarışın debütantı olan komandamız əvvəlcə Riqada mübarizə aparıb. Basketbolçularımız yalnız final görüşündə uduzaraq gümüş medal qazanıblar. Daha sonra “Zirvə” dünya turunun Minskdə təşkil olunan mərhələsində meydana çıxıb. Belarus paytaxtında isə kollektiv bürünc mükafatlarla kifayətlənib. Xatırladaq ki, Azərbaycan təmsilçisi bu iki yarışdan əvvəl İsveçrənin Sürix şəhərində keçirilən turnirin qalibi olub. Amil Həmzəyevlə yanaşı, komandanın heyətində  Anar Hacıyev, Şərif Uilyams və Marşal Mozes kimi tanınmış basketbolçular yer alıblar. 

Azad Rəfi