Bu gün Respublikanın xalq artisti, əməkdar incəsət xadimi Vaqif Şərifovun doğum günüdür. 75 yaşlı sənətkar, yeganə rejissordur ki, Azərbaycan teatr sənətində 120 tamaşaya quruluş verib. Sənətkar bu gündə sevdiyi və uzun illərdir ki, faəliyyət göstərdiyi Gəncə Dövlət Dram Teatrında çalışır.
Ağstafa rayonunda anadan olan Vaqif Abdulla oğlu Şərifov ailənin yeganə övladıdır. 1953-cü ildən Gəncəyə köçən Vaqif Şərifovun atası burada jurnalist və daha sonra isə Gəncə Dövlət Dram Teatrının rəhbəri vəzifəsində çalışıb. Kiçik yaşlarından teatra gələn Vaqifin də bu sənətə həvəsi yaranıb və 1960-cı ildən burada aktyor kimi əmək fəaliyyətinə başlayıb. O, sonra Azərbaycan Dövlət İncəsənət İnstitunun rejisorluq fakültəsinə daxil olaraq, 1967-ci ildə oranı bitirir. Rejissorun ilk səhnə işi isə "Təzə gəlin" əsəri olub.
Vaqif Şərifov - Xalq artisti: Mənəm burada 1960-cı ildən işləyən, heç kim o dövrdən işləyən yoxdu. Mən burada bütün xalq artistləri ilə işləmişəm, onlarla səhnəyə çıxmışam. O dövr başqa dövr idi. Özüm burada işləməyimə baxmayaraq saatlarla teatrın qapısında dururdum ki, o xalq artistləri ilə yol gedim. Məni görsünlər ki, onlarla bir çıxmışam. O qədər fərəh hissi keçirirdim.
Əsasən faciəvi əsərləri səhnələşdiriən rejissor ürəyində olan bütün tamaşaları ərsəyə gətirib. Respublikamızın müxtəlif teatrlarında çalışsa da, əsas səhnə faəliyyəti Gəncə teatrı ilə bağlıdır.
Vaqif Şərifov - xalq artisti: Gəncə Dövlət Dram Teatrında müxtəlif tamaşalar qoymuşam.Vaxtı ilə bu teatrda klassiklərimizin, qərb dramaturgiyasının əsərlərinə müraciət etmişəm. Çex festivallarında iştirak etmişəm. Hamısında da diplomlar almışam.Bütün diplomları evdə saxlayıram.
Həmişə kollektivdə şən, zarafatcıl olan Vaqif Şərifov gənclərə yol göstərən insan olaraq da böyük hörmət qazanıb. O, həm də sədaqətli dost kimi sevilir.
Əli Qasımov - Gəncə Dövlət Dram Teatrının direktoru: Vaqif Şərifovla mənim aramda elə bir dostluq var ki, onu mən kollektivdə başaq insanla görə bilmirəm. Vaqif Şərifov insanla ünsiyyət qurmağı bacaran insandı. O böyük sənəti ilə bağlı 1981-ci ildən bəri Gəncə teatrında ən möhtəşəm tamaşalar quruluş verib. Bu gündə öz yaradıcılığını davam etdirir.
Vaqif Şərifovun Azərbaycan teatr sənətinə göstərdiyi xidmət dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1992-ci ildə Respublikanın əməkdar incəsət xadimi fəxri adına, 2013-cü ildə Tərəqqi medalı, 2014-cü ildə isə xalq artisti fəxri adına layiq görülüb. Sənətkar indi də səhnə faəliyyəti ilə məşğuldur. O sentyabr ayında "Silindr" tamaşasını səhnə qoyacaq.
Elnur Vahidoğlu
- Baxış: 532