• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 12.08.2019 12:09

Ağır yol qəzaları olub

KepezTV Player

Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. İki minik avtomobilinin toqquşması zamanı 50 yaşlı Vidadi Əzimov ölüb. 44 yaşlı Masallı sakini Mürşüd Nəsirov, eləcə də Lənkəran sakinləri - 41 yaşlı Aynur Əzimli, 23 yaşlı Nicat Əzimli yaralanıblar. Onlar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Bakı-Qazax yolunun Hacıqabulun Qarasu kəndindən keçən hissəsində "Mercedes" markalı sərnişin daşıyan avtomobillə "Ford" markalı avtomaşın toqquşub. Nəticədə 19 nəfər xəsarət alıb. Mikroavtobusda olan sərnişinlər Gəncəyə "N" saylı hərbi hissəyə əsgərlərin andiçmə mərasiminə gedirlərmiş. Paytaxtın Sabunçu rayonunun "Balaxanı işıqforu" adlanan ərazisində "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"ın 24 yaşlı sürücüsü Musayev Elşad Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Ona alının kəsiyi və əziyi, sol dirsəyin əziyi diaqnozu qoyulub.Xəzər rayonunda da yol-nəqliyyat hadisəsi baş verib. 33 yaşlı Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Süleymanov Ceyhun Sərvər oğlu sükanı arxasında olduğu "Tofaş" markalı avtomobillə Mərdəkan qəsəbəsində qəza törədib. Nəticədə xəsarət alan sürücü Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birinə aparılıb. Yaralıya kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli müştərək travması diaqnozu qoyulub. Faktlarla bağlı araşdırma aparılır.