• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3692
— 12.08.2019 12:13

Aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

KepezTV Player

Müqəddəs Qurban bayramı münasibətilə Samux rayonunda da 1000-ə yaxın aztəminatlı ailəyə bayram sovqatı paylanılıb. Rayon icra hakimiyyətinin, qəsəbə və kəndlərin yerli icra orqanlarının, bələdiyyələrin nümayəndələri bayram münasibətilə şəhid və məcburi köçkün ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Böyük Vətən Müharibəsi veteranlarına, xüsusi qayğıya ehtiyacı olan ahıl və tənha vətəndaşlara baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıb, onları gətirdikləri bayram sovqatı ilə sevindiriblər. Bayram tədbirində çıxış edənlər sakinləri müqəddəs Qurban bayramı münasibətilə təbrik ediblər. Bərəkət, mərhəmət və xeyirxah əməllərin rəmzi olan Qurban bayramının insanları bir-birinə yaxınlaşdırdığı, onlara yüksək keyfiyyətlər bəxş etidiyinə diqqət çəkilib. Bu müqəddəs günlərdə Allahın adına qurbanlar kəsilir, insanlar dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edir, şəhidlərimizin xatirəsi ehtiramla yad olunur.