Bayram günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yerlərdə ət kəsimi çadırları quraşdırıb. Xüsusi baytarlıq nəzarəti altında həyata keçirilən heyvan kəsimi vətəndaşların tərəfindən yüksək qarşılanıb.
Adət etdiyimizdən fərqli olaraq bu dəfə Gəncədə qurbanlıqlar yol kənarlarında və ya antisanitar şəraitdə deyil, bütün sanitar-gigiyeniq norma və tələblərə cavab verəcək şəkildə, kəsim məntəqələrində həyata keçirilib.
Kəsimlə yanaşı, qurbanlıq heyvanların satışı da təşkil olunub. Ucuz qiymətə qurbanlıqlar vətəndaşların üzünü güldürüb.
Heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması üçün kəsimdən əvvəl və sonra qurbanlıqlar səyyar baytarlıq labaratoriyasında yoxlanılır. Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində vətəndaşlardan küçə və yol kənarlarında antisanitar şəraitdə ət kəsimi və satışı ilə rastlaşdıqda agentliyin yerli bölmələrinə və çağrı mərkəzinə zəng edərək məlumat vermələrini xahiş edir.
- Baxış: 713