• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 12.08.2019 12:22

Bayram namazı qılınıb

KepezTV Player

Qurban bayramı ilə əlaqədar bu gün səhər saat 9-da Gəncənin bütün məscidləri ilə yanaşı, “İmamzadə” ziyarətgahında da bayram namazı qılınıb. İnsanlar dualar oxuyublar, Allahdan bağışlanmaqlarını diləyiblər, ölkəmiz üçün firavanlıq, ruzi-bərəkət arzulanıb. İslamın iki əsas bayramından biri olan Qurban bayramı münasibətilə təbriklər dilə gətirilib. Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı Hicri-qəməri təqvimi ilə Zilhiccə ayının 10-cu günü Məkkədə Həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.