• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4263
— 09.08.2019 16:44

Turan Bayramov növbəti sınaq qarşısında

KepezTV Player

Avqustun 12-dən 18-dək Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya birinciliyi keçiriləcək. Yarışda Azərbaycan yığması da iştirak edəcək. Sərbəst güləş yığmamızın heyətində mundialda 10 idmançı xalça üzərinə çıxacaq. Onların arasında Gəncə güləş məktəbinin yetirməsi Turan Bayramov da var. Bayramov 65 kq çəki dərəcəsində medal qazanmağa çalışacaq. Gənclər yaş qrupuna yeni keçən Bayramov buna qədər yeniyetmələr arasında Olimpiya, Avropa və dünya çempionu olub. O, ötən ay gənclərin mübarizəsində də qitə birinciliyinin baş mükafatını qazanıb. İndi növbə dünya birinciliyinin medalıdır. Qeyd edək ki, güləşçilərimiz Estoniya yarışı ilə bağlı son təlim-məşq toplanışını Göygöldə keçiriblər.  

Azad Rəfi