• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 849
— 09.08.2019 15:14

Yanğın hadisələri yaşandı

KepezTV Player

Tovuz rayonunda yanğın çıxıb. Ümumi sahəsi 600 m² olan çörəkbişirmə sexinin konstruksiyaları və dam örtüyü 150 m² sahədə, içərisində olan 2 ədəd çörəkbişirən qurğu, sexə bitişik ümumi sahəsi 70 m² olan birmərtəbəli çay evinin dam örtüyü və lambirindən ibarət tavanı 5 m² sahədə yararsız hala düşüb. Sexin, çay evinin qalan hissəsi və bitişik müxtəlif təyinatlı tikililər FHN əməkdaşları tərəfindən alovdan mühafizə olunub.&nbsp;Beyləqan rayonunda isə ümumi sahəsi 84 m² olan ərzaq mağazası yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.&nbsp;&nbsp;<br>Bundan başqa, Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 40 m² olan talvarın 6 m²-lik hissəsi altına yığılan 4 ton ot bağlamasının 1 tonu ilə birgə yanıb. Burada da yanğınsöndürənlərin müdaxiləsi işə yarayıb və alov söndürülüb.Sumqayıt şəhərində həyətyanı ərazidə ümumi sahəsi 80 m² olan külafirənginin dam örtüyünün yanar konstruksiyaları yararsız vəziyyətə düşüb. Külafirənginin altında yerləşən qaraj alovdan qorunub.Bakı şəhərinin Nəsimi rayonunda altımərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 300 m² olan kafenin lambirindən ibarət tavanı 10 m² sahədə yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.