• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3666
— 09.08.2019 16:35

Yevlaxda səyyar xidmət göstərilib

KepezTV Player

Əmlak Məsələləri Dövlət Komitəsi “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində Yevlaxın Qoyunbinəsi kəndində səyyar xidmətlər göstərib. Elektron çıxarışın hazırlanmsı üçün əmlaklara dair ilkin sənədlər yerində toplanıb. Bu dəfə fərqli addım atılaraq mobil qeydiyyat ofisləri birbaşa kəndli fermer təsərrüfatlarında olub. Kənddəki fermer təsərrüfatlarında, əkin sahələrində çalışan 70-ə yaxın sakindən ilkin sənədlər elə iş başında toplanıb. Bu sənədlərin 35-i kənd təsərrüfatı sahələrinə, 25-i fərdi yaşayış evlərinə, 10-u isə həyətyanı sahələrə aid olub. Yaxınlıqdakı kəndlərin sakinləri də müraciət ediblər. Onlara elektron çıxarışın hazırlanması üçün lazım olan sənədlər barəsində məlumatlar verilib. Həmçinin sakinlər üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilib. Diqqətə çatdırılıb ki, artıq əmlaklara dair çıxarışlar kağız formasında deyil, elektron qaydada əldə edilir. Həmin mülkiyyət sənədi elektron hökumət portalına yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir.