• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4477
— 09.08.2019 16:23

Şəmkir sakininin qoyunlarını kim oğurlayıb?

KepezTV Player

Şəmkir sakininin təsərrüfatından əvvəlcə qoyunları, daha sonra isə iti oğurlanıb. Zərərçəkən bir müddət sonra  oğurlanan itinin başqa bir şəxsin həyətində müəyyən etsə də qoyunlardan xəbər yoxdur. İndi fermer israrla qoyunları oğurlayan şəxs və ya şəxslərin tapılıb məsuliyyətə cəlb olunmasını istiyir.

Düz bir il bundan əvvəl Şəmkirin Cənlibel kəndində təsərrüfatların birindən 7 baş qoyun oğurlanıb. Saleh Qasımova məxsus təsərrüfata daxil olan nəmalum şəxs və ya şəxslər həyatyanı sahədən heyvanları oğurlayıblar. Cinayət törədilən zaman evdə olmayan zərərçəkən hadisədən xəbər utuduqdan sonra dərhal Şəmkir rayon polis şöbəsinə məlumat verib.

Saleh Qasımov - zərərçəkən: Qoyunlar burada idi. Səhər tezdən qoyunu otlağa aparmaq istəyəndə gördüm qoyun yoxdur. Qoyunu bura ilə beləcə aparıb gediblər. Ondan sonra mən polisə zəng etdim gəldilər. Yazıb pozdular, ərizəmi götürdülər. Hələ də bu günədək o işdən bir məlumat yoxdur.

Saleh Qasımov deyir ki, bu onun təsərrüfatında qeydə alınan ilk və son cinayət deyil. İki ay əvvəl həyatyanı sahəsində saxladığı iti də naməlum şəxslər oğurlayıb. Zərərçəkən sonradan həmin iti Dəllər qəsəbəsində bir şəxsin həyətindən tapıdğını və geri qaytardığını bildirsə də oğrunun məsuliyyətə cəlb olunmamasından narahatdır.

Saleh Qasımov - zərərçəkən: Bir 8-9 ay sonrada alabay sortu 2500 manat dəyərində itimi oğurladılar. İti də mən  fəhlə adamam işləyəndə gəlib gördüm ki it bir kəsin qapısındadır. İt bizdən 50 kilometr aralıda gedib Dəllərə çıxıb. Polis çağırıb iti 7 polisin iştirakı ilə götürdüm. Nə indi o oğru tutulur. Nə indi kim verib o tutulur. Deyir bir maşınla gətirdilər. Nə də o maşın üzə çıxmır. Heç kim üzə çıxmır. 

Şəmkir rayon polis şöbəsindən Saleh Qasımovun iddialarına cavab olaraq bildirilib ki, sözügedən faktlarla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir. Araşdırmaların yekununda işə hüquqi qiymət veriləcək.

Natiq Hüseyn