• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 873
— 09.08.2019 12:12

3 nəfər öldü, 3 nəfər yaralandı

KepezTV Player

Tovuzda zəncirvari yol qəzası baş verib. "VAZ 21 011", "Daevo Nexia" və "Mercedes" markalı 3 avtomobil toqquşub, nəticədə Tovuz rayon sakinləri, 36 yaşlı Kamran Sakit oğlu Qasımov, 55 yaşlı Nailə Yolçu qızı Murtuzəliyava və 29 yaşlı Müzəffər İlqar oğlu Hüseynzadə dünyasını dəyişib. Murtuzəliyeva Aysel Əhməd qızı, Murtuzəliyeva Ayşən Əhməd qızı, Murtuzəliyea Vüqar Vüsal oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Ayşə Murtuzəliyevanın xəsarətinin daha ciddi olduğu bildirilib. Olayla bağlı Cinayət Məcəlləsinin 263.3 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş açılıb.