Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Gəncə Uşaq Evində Qurban bayramı münasibətilə şənlik təşkil olunub, bayram süfrəsi açılıb. Uşaqların qayğısız böyüməsi, düzgün təlim-tərbiyə olunaraq, hərtərəfli şəxsiyyət və layiqli vətəndaşkimi formalaşması istiqamətində dövlətsin siyasətindən danışılıb. Uşaq və yeniyetmələrə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərfli şərait Gəncədə də diqqət mərkəzindədir. Uşaqların əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi üçün hər cür şərait yaradılıb. Bayram şənliyində Gəncə Uşaq Evinin sakinləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Onların ifasında müxtəlif rəqs nömrələri, şeir və musiqi parçaları təqdim olunub. Müxtəlif nağıl personajlarının iştirakı isə şənliyə əlavə rəng qatıb.
Nazilə İsmayılova - Gəncə Uşaq Evinin müdiri: Gəncə uşaq evində hal-hazırda 70 uşaq var. Onlardan 53 nəfəri məktəbli, digərləri azyaşlıdı.Uşaqlarımıza dövlət tərəfindən çox böyük diqqət və qayğı göstərilir. Uşaqlar dövlət tərəfindən geyim olsun vəya inventar olsun, tam təchiz olunur. Biz müəllimlərində öhtəsinə düşən onları vətənə, millətə, dövlətimizə layiqli övladlar kimi yetişdirməkdir.
- Baxış: 683