• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1341
— 08.08.2019 15:57

4 nəfər yaralandı

KepezTV Player

Bakı-Sumqayıt yolunda turizm şirkətlərindən birinə məxsus avtobusla 525 saylı sərnişin avtobusu toqquşub. Hadisə Xırdalan dairəsində qeydə alınıb. Həmin vaxt ərazidən keçən 199 nömrəli müntəzəm marşrut xətt üzrə hərəkət edən avtobusun sürücüsü qəzadan yayınmaq üçün manevr etsə də, nəqliyyat vasitəsi sürüşərək Niva markalı avtomobilə dəyib. Niva isə digər minik avtomobilinə dəyib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, insident nəticəsində ölən olmasa da, 5 nəfər Respublika Klinik Xəstəxanasına müraciət edib. Müraciət edənlər 41, 50, 58 yaşlı qadınlar və 23, 59 yaşlı kişilər olub. Yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar. Bakının Xətai rayonu ərazisində isə iki maşının toqquşması ilə nəticələnən yol qəzası olub. Şadlıq saraylarından birinin yaxınlığında baş verən qəza nəticəsində sürücülər - 40 yaşlı Baloğlanov Bakir Şakir oğlu və 42 yaşlı Əliyarov Taleh Zəbulla oğlu xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Baloğlanova döş qəfəsinin əzilməsi və qarın nahiyəsinin küt travması, Əliyarova isə alnın əzilmiş yarası diaqnozu qoyulub. Nərimanov rayonunda, Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində də iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib. Nəticədə 56 yaşlı Abbasov Vaqif Mirzahid oğlu və 26 vyaşlı Xudaverdiyev Tural Bayram oğlu xəsarət alıblar. Yaralılar "təcili yardım"ın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Abbasov Vaqifə döş qəfəsinin küt travması, Xudaverdiyev Turala isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Polis faktları araşdırır.