• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2535
— 08.08.2019 16:34

Günəbaxan sahələrində bol məhsul var

KepezTV Player

Günəbaxan bitkisi qənnadı sahəsində eləcə də duru yağ istehsalında geniş istifadə olunur. Respublikada isə bu butkinin ən çox əkilən rayonlarından biri Samuxdur. Bu il isə rayonun torpaq mülkiyyətçiləri əkdikləri günəbaxandan əldə etdikləri bol məhsula sevindirir.
 

Kamil Qarayev - fermer: Samux şəhərində yaşayıram. Ötən il 10 ha günəbaxan əkmişdim. Məhsuldarlıq yaxşı olduğuna görə bu il 20 ha əkmişəm. İndi də biçin gedir. İlkin mərhələdə məhsuldarlıq yaxşıdır.

Kamil Qarayev bu il rayonda günəbaxan tumu əkən 700-ə yaxın torpaq mülkiyyətçisindən biridir. Samuxun 14 kəndində 3328 ha-da əkilən günəbaxanın artıq biçininə başlanılıb və 800 ha sahədən 2 min ton məhsul yığılıb. Fermerlərin günəbaxan sahələrinə vaxtında lazımi aqrotexniki tədbirlərini apardığı, becərmə işlərini eləcə də suvarmanın normal həyata keçirdiyi üçün orta hesabla hektardan 25-30 sentner məhsul götürülür. Günəbaxananın satışında da çətinlik yaşanmır, alıcılar hər kq üçün 70 qəpik-1 manat arası pul verir.

Rahil Həsənov - Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru: İstehsalçılar hətta əvvəlcədən günəbaxanı hara satacaqlarını da bilirlər. Günə baxandan normal gəlir əldə etmək mümkündü. Hətta qəbul olunmuş proqramlarda, kənt təsərrüfatı və emal sahəsi haqqında strateji yol xəritəsində də günəbaxan bitkisinin sahələrinin məhsulunun artırılması, hətta İran bazarına çıxış üçün tədbirlər görülür. Bu da ölkədə daha çox günəbaxan bitkisinin daha məhsuldar sortlarının gətirilməsi və əkilməsi üçün şərait yaradır.

Ötən il Samuxda 2 min 800 ha ərazidə əkilən günəbaxandan 5 min ton məhsul əldə edilib. Bu il isə fermerlər 8 min tona yaxın günəbaxan tumunu yığımağı gözləyirlər. Məhsulu tez və itkisiz yığmaq üçün sahələrdə 20 kombayn işləyir.

 

Elnur Vahidoğlu