• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 690
— 08.08.2019 16:26

Yanğın hadisələri baş verib

KepezTV Player

Ağsu rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğın çıxıb. Hadisə rayonun Pirhəsənli kəndində qeydə alınıb. Kənd sakini Şəmil Atakişiyevə məxsus 1 mərtəbəli, 4 otaqdandan ibarət olan evin 2 otağı əşyaları ilə birlikdə yanıb. Olay yerinə Ağsu rayon dövlət yanğından mühafizə idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb. Rayonun Bozavand kəndində isə ümumi sahəsi 32 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 3,5 ton ot bağlamasının 2 tonu və tövləyə bitişik ümumi sahəsi 40 m² olan talvarın 20 m²-i yararsız hala düşüb. Talvarın və ot bağlamalarının qalan hissəsi mühafizə bölmələri tərəfindən yanğından mühafizə olunub. Şəmkir rayonunun Düyərli kəndində də ümumi sahəsi 500 m² olan talvarın altına yığılan 100 ton ot bağlamasının 40 tonu yanıb. Olay barədə mlumat alan FHN əməkdaşları əraziyə cəlb ediliblər. Talvarın və ot bağlamalarının qalan hissəsi alovdan mühafizə olunub. Bütün faktlar araşdırılır.