• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 08.08.2019 12:03

Yeni sayğaclar üçün Gəncəyə gəlmək lazım deyil

KepezTV Player

Regionlarda kütləvi sayğac dəyişikliyi ilə əlaqədar olaraq, göstərilən xidmətin operativliyini artırmaq üçün "Azəriqaz” İstehsalat Birliyinin müvafiq şöbələrinin rəhbər heyəti, eləcə də mühəndislər Gəncəyə ezam olunublar. Şəhərdə yerləşən “ASAN Xidmət” mərkəzində Birliyin 21 xidmətindən ətraf rayonlar da daxil olmaqla gündəlik olaraq 200 nəfər yararlanır. Gəncə “ASAN Xidmət” mərkəzinə müraciətlərin sayının artacağı nəzərə alınaraq yeni smart tipli sayğacların kartlarını daha rahat şəkildə alması üçün Gəncəyə gəlməyə ehtiyac qalmayacaq. Vətəndaşlara lazımi xidmətlər Gəncə Regional Qaz İstismarı İdarəsinin həmin rayonlarda yerləşən xidmət sahələrində göstəriləcək. “Azəriqaz” Göygöl və Samux rayonlarının hər birində gündəlik 35 yeni smart tipli sayğac quraşdırmağı planlaşdırıb. Lakin ilkin monitorinqlər gün ərzində hər rayondan 50 müraciətin daxil olacağını göstərir. Ona görə də əlavə işçi qüvvələri hazır vəziyyətə gətirilib.