• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1486
— 08.08.2019 12:01

Partiya təşkilatına yeni sədr seçildi

KepezTV Player

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatına yeni sədr seçilib. Yığıncaqda ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasının fəaliyyətindən, xalqımızın həyatında oynadığı roldan, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoydüğündan söz açılıb. YAP-ın şəhər təşkilatının mütərəqqi iş təcrübəsi toplayaraq partiyanın sınanmış qabaqcıl qollarından birinə çevrildiyi, siyasi və ideoloji cəhətdən daha da mətinləşərək, yeni iş təcrübəsi ilə daha da zənginləşdiyi vurğulanıb. Nizami rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının ən fəal ərazi ilk partiya təşkilatlarından olduğuna diqqət çəkilib. Sonra ərazi ilk partiya təşkilatının İdarə Heyətinin üzvləri və partiya fəallarının yekdil qərarı təşkilatın yeni sədri, sədr müavini və katibi seçilib.