KepezTV Player
Yunan-roma güləşçilərinin ardından sərbəst güləş üzrə Azərbaycan yığması Göygöldə təlim-məşq toplanışını başa vurub. İki həftə müddətində yerli olimpiya idman kompleksində hazırlıq keçən pəhləvanlar fiziki məşqlərə üstünlük veriblər. Komandanın heyətində 15 idmançı yer alıb. Onlar arasında olimpiya çempionları – Toğrul Əsgərov, Şərif Şərifov, 3 qat dünya çempionu Hacı Əliyev, 3 qat Avropa çempionu Cəbrayıl Həsənov və digərləri olub. Güləşçilər gələn ay Qazaxstanda keçirləcək Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına və digər nüfuzlu turnirlərə hazırlaşıblar.
Azad Rəfi
- Baxış: 559