• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 718
— 06.08.2019 17:11

Ekoloqlar təmizlədi ki, sakinlər zibilləməsin

KepezTV Player

Ekoloqlar Hacıkənd və Göygöl meşəliyində təmizlik aksiyası keçiriblər. 10 saylı Regional Ekologiya və Təbiii Sərvətlər Şöbəsi və Göygöl Meşə Mühafizəsi və Bərpası idarəsinin birgə səyləri ilə ərazi istirahət edən vətəndaşlar tərəfindən atılan məişət tullantılarından təmizlənib.

Yerli və xarici turistlər tərəfindən ölkənin ən çox ziyarət olunan ərazilərindən olan Hacıkənd və Göygöl meşəliyi təssüflər olsun ki, bəzi vətəndaşların laqeyidliyi üzündən zaman -zaman çirklənməyə məruz qalır. Bu kimi halların qarşısını almaq üçün ekoloqlar müxtəlif maarifləndirici tədbirlər həyata keçirsə də hələ dəgözlənilən nəticəni tam olaraq əldə etmək mümkün olmur. Yol kənarlarına və meşə ərazisinə atılan çoxsaylı plastik qablar və müxtəlif tullantılar belə deməyə əsas verir.

Vəliyəddin Baxışəliyev - Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini: Buradan mən vətəndaşlarımzın hər birinə müraciət etmək istərdim ki, ərazidə gəlib istirahət etdikdən sonra, ərazinin təmizliyini və gözəlliyini qorumaq üçün özləri ilə gətirib istifadə etdikləri qida qablarını və məişət tullantılarını necə gəldi yox rayon ərazisində qoyulan zibil qablarına atsınlar. Növbəti dəfə bura üz tutanda yenədə təbiyyətdən zövq ala bilsinlər.

Çirklənmənin qarşısını almaq üçün vətəndaşlarla yanaşı ərazidə fəaliyyət göstərən iaşə obyektləri ilə də qanuna uyğun fəaliyyət üçün iş aparılır. Nöqsana yol verənlər isə inzibati qaydada məsuliyyətə cəlb olunurlar.

Elnur Namazlı - 10 saylı Regional Ekologiya və Təbiii Sərvətlər İdarəsinin məsləhətçisi: Meşə ərazisində fəaliyyət göstərən iaşə obyektlərinin sahiblərinə 36 məcburi göstəriş verilmişdir. Bunlardan əlavə 2 protokol tərtib edilmişdir. Ekologiya və təbii sərvətlər idarəsi olaraq istirahətə gələn vətəndaşlarımızın istirahət ərazilərinin çirklənməsinin qarşısını almaq hər birinin borcudur. Bundan əlavə ərazilərə tullantıların yığılması üçün qablar qoyulub və tullantıları həmin qablara atmalarını xaiş edirik.

Aksiya turizim mövsümü başa çatanadək mütəmadi olaraq davam etdiriləcək.