• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 06.08.2019 17:04

İxtisas seçimi gecə yekunlaşır

KepezTV Player

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, I qrup üzrə 15101, II qrup üzrə 10166, III qrup üzrə 17465, IV qrup üzrə 4082 abituriyent olmaqla ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib. V ixtisas qrupu üzrə isə 5163 abituriyent imtahanlardan məqbul qiymət alaraq ixtisas seçiminə buraxılıb. Bundan əlavə, 14615 subbakalavr ali təhsil müəssiələrinə qəbul olmaq üçün qeydiyyatdan keçib. I-V ixtisas qrupları üzrə 60000-ə yaxın abituriyent ixtisas seçimi edərək ərizəsini təsdiq edib.