İşlə təminat, məhəllədaxili yolların təmiri və işıqlandırılması, çoxmərtəbəli binaların dam örtüyünün yenilənməsi kimi məsələlər Gəncədə sakinlər tərəfindən şəhər rəhbərliyinə ünvanlanan müraciətlərin əsasını təşkil edib. Eləcə də Sadılı qəsəbəsində yaşanan nəqliyyat probleminin aradan qaldırılması üçün 26 nömrəli marşrut xəttinin xidmət yolunun uzadılması və ya əlavə marşrut xəttinin açılması, sahibsiz itlərlə bağlı tədbir görülməsinə dair də xahişlər edilib. İcra başçısı Niyazi Bayramov şəhərin su-kanalizasiya sisteminin yenidən qurulduğunu, bir sıra küçələrdə asfalt örtüyünün yeniləndiyini, həmin ərazilərdə müasir işıqlandırma sisteminin yaradıldığını, çoxmənzilli binaların dam örtüyünün dəyişdirildüyini vurğulayıb. Görülən işlər mərhələli şəkildə davam etdiriləcək. Görüşdə sakinlərin fərdi problemləri də dinlənilib. Səsləndirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb.
- Baxış: 565