• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 884
— 05.08.2019 18:39

Toy karvanının avtomobilləri qəzaya düşdü

KepezTV Player

Mingəçevirin M.Maqomayev küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yol qəzası qeydə alınıb.Toy karvanında olan "KİA" markalı avtomobil işıqforun qırmızı işığının tələblərini pozaraq yoluna davam edib və hərəkətdə olan "BMW" markalı avtomobilin qarşısına çıxıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Gəncədə isə Təbriz küçəsi ilə hərəkətdə olan, Zakir adlı şəxsin idarə etdiyi "VAZ 2107" markalı avtomobil Firdovsi küçəsindən dönmə əməliyyatı edən, toy karvanında olan "Chevrolet" markalı avtomobilə çırpılıb. VAZ-ın sürücüsü yaralandığı üçün Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona tibbi yardım göstərilib. Polis faktı araşdırır.

Elbrus Elyazov - həkim: Şöbəyə təxminən 10 dəqiqə əvvəl avtoqəza nəticəsində xəsarət almış xəstə gətirilib. Obyektiv müayinədə xəstədə heç bir patalogiya aşkar olmayıb. Halı kafidir