• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1686
— 05.08.2019 19:00

Sərnişinlər bayram günlərində vaxtında mənzil başına çatacaqlar

KepezTV Player

Qurban bayramı günlərində qatar və avtobuslardan istifadə edənlər ekrana qarşısına yaxın əyləşsinlər. Sərnişinlərin gediş-gəlişində çətinlik yaşanmasin deyə qabaqlayıcı tədbirlər görülür, gücləndirilmiş iş rejiminə keçilib.

Gəncə Dəmir Yol Vağzalından hər gün müxtəlif saatlarda Böyük Kəsik-Bakı, Tbilisi-Bakı eləcə də Sürət qatarı hərəkət edir. Vağzal Qurban bayramı ilə əlaqədar gücləndilmiş iş rejiminə keçib. Gəncədən Bakıya və əks istiqamətə gələn sərnişinlərin rahat mənzil başına çatması üçün qatarlara əlavə vaqonlar qoşulub.

Oruc Yusubov - kassir: Qatarlarda heç bir sıxlıq yoxdu. Sıxlıq olarsa əgər Sərnişin Daşıma Departamenti əlavə vaqonlar qoşullar. Bayram ərəfəsində əlavə 702, 703 və 704 nömrəli əlavə qatar buraxılıb. Gəncədən Bakıya, Bakıdan Gəncə qatarın 400-ə yaxın sərnişin tutumu var.

Gəncədən sərnişinlərə Böyük Kəsik-Bakı qatarına biletlər 5-20 manat arası, Bakı-Tiflis qatarına isə 10- 16 manat arası təklif olunur. Bundan başqa hər gün saat 18.30-da Gəncədən Bakıya hərəkət edənsürət qatarına adi yerlər 10 manat, biznes klas 25 manat, birinci klas isə 100 manatdı. Sərnişinlər biletləri kassadan və əvvəlcədən onlayn qaydada sifariş edə bilər.

Qurban Novruzov - sərnişin: Heç bir sıxlıq yoxdu. Gəldim Dəmir Yol Vağzalına şəxsiyyət vəsiqəmi verdim, biletimi aldım. Bakıya qaydıram. Hər şey yaxşıdı.

Balağa Balayev - sərnişin: Bakıda yaşayıram. Gəncəyə qonaq gəlmişik. Gələndə də bileti onlayın almışdım, gedəndə də bileti onlayın aldım. Rahat oldu, axşam da Bakıya gedirəm.

Gün ərzində Respublikanın şimal bölgəsi istisna olmaqla 54 şəhər və kəndinə avtobusların hərəkət etdiyi Gəncə Beynəlxalq Avtovağzalında isə sərnişin sıxlığı müşahidə olunmur. Hərəkət cədvəlinə uyğun olaraq, buradan hər gün saat 6:30-dan, axşam saat 18:30-a kimi Bakıya 20-22 avtobus hərəkət edir. Əgər qurban bayramı günlərində sərnişin sıxlığı olarsa ehtiyat avtobuslar xəttə çıxarılacaq.

Akif Ələkbərov - kassir: – Gedişat normaldı. Biletdə problem yoxdu, gələn sərnişinlərə biletlər verilir. Sıxlıq yoxdu, əgər olarsa 10-12 əlavə avtobus qoşa bilirik.

İlahə Kərimova - sərnişin: Gəldim kassaya müraciət elədim. Bileti aldım heç bir problemdə yoxdu.

Gəncə Dəmir yol Vağzalı və Gəncə Beynəlxalq Avtovağzalı avqustun 13-nə kimi gücləndirilmiş iş rejimində çalışacaq.

 

Elnur Vahidoğlu