• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4440
— 05.08.2019 18:52

İsgəndər Cavadov veteranlarla görüşdü

KepezTV Player

AFFA tərəfindən Gəncə futbolunun kuratoru təyin edilən İsgəndər Cavadov Nizami yurdunun futbol veteranları ilə görüş keçirib. Görüşdə müxtəlif dövrlərdə “Kəpəz”in şərəfini qorumuş veteranlar iştirak edib. Sabiq oyunçu yoldaşlarını Gəncə futbolunun sütunu adlandıran İsgəndər Cavadov onları klubun yanında görmək istəyini açıqlayıb. Cavadov veteranların dəstəyinə ümid etdiyini və birlikdə fəaliyyət göstərib, birləşib “Kəpəz”i bu durumdan çıxarmalı olduqlarını deyib. Gəncənin Azərbaycan futbolunun mayakı olduğunu söyləyən veteranlar Gəncə futbolunun, “Kəpəz”in dirçəlməsi üçün kluba hərtərəfli dəstək verməyə hazır olduqlarını bildiriblər.

Azad Rəfi