• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4425
— 05.08.2019 12:02

Həmyerlisini döyərək öldürdü

KepezTV Player

Neftçala şəhəri ərazisində, şadlıq saraylarından birinin arxasında Bankə qəsəbə sakini Mahir Əliyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan təxirəsalınmaz tədbirlərlə həmin gün şəhər ərazisində Mahir Əliyevlə həmyerlisi Saleh Ələkbərov arasında münaqişənin baş verdiyi və sonuncunun onu döyərək qətlə yetirdiyi aşkara çıxarılıb. Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən Saleh Ələkbərov tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.