• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 03.08.2019 13:11

80-ə yaxın ağac kəsiləcək

KepezTV Player

Gəncədə vətəndaşların müraciəti əsasında, evlərin və binaların qarşısında olan çoxillik, inkişaf dövrünü başa vuran ağaclar zərərsizləşldirilir. Şəhər yaşıllaşdırma şöbəsi ötən il ümumilikdə 140 belə müraciət daxil olub ki, bununda 130-u icra olunub. Şöbənin əməkdaşları tərəfindən aparılan reydlər zamanı isə şəhərin müxtəlif ərazilərində 67 qəzalı ağac aşkar olunub. Hər an aşa biləcək bu ağacların növbəti ayın sonuna kimi kəsilərək götürülməsi nəzərdə tutulur. 

Gəncənin yaşıllıq zolaqları hər il olduğu kimi bu ildə əkilən yeni ağaclar hesabına genişləndiriləcək. Son 5 ildə şəhərin müxtəlif ərazilərinə 400 mindən çox yeni ağac əkilib, yaşıllıq zolaqları 150 hektardan çox genişləndirilib. Əkin prosesinin əsasını həyata keçirən Gəncə Şəhər Yaşıllaşdırma idarəsi, həm də ağacların sonrakı inkişafına nəzarət edir və aqrotexniki qulluq göstərir. Bu ilin sonuna kimi isə şəhərin müxtəlif ərazilərinə 80 min yeni ağac tinglərinin, 100 mindən çox gül kolunun əkilməsi nəzərdə tutulur. Əkilən Eldar şamı, Xan çinar, Küknar və Sərv ağacları yerli tinkiliklərdə yetişdirilir.