• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1587
— 03.08.2019 12:05

Yunan-Roma güləşçilərinin Göygöl toplanışı yekunlaşdı

KepezTV Player

Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət Azərbaycan yığmasının Göygöl toplanışı başa çatıb. Pəhləvanlar 2 həftə müddətində yerli olimpiya idman kompleksində hazırlıq prosesi keçiblər. Komandanın təlim-məşq toplanışı əsasən, fiziki kondisiyaların yüksəldilməsi üzərində qurulub. Məşqlərdə əsas millinin bütün aparıcı üzvləri - olimpiya, dünya və Avropa çempionatlarının qalib və mükafatçıları iştirak edib. Toplanış sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyıb. Ancaq buna qədər “klassiklər” bu ay Rumıniya və Gürcüstanda təşkil olunacaq beynəlxalq turnirlərdə qüvvələrini sınayacaqlar. Qeyd edək ki, Göygöldə böyüklərlə yanaşı, gənclərdən ibarət yığmamızın üzvləri də məşqlərə qatılıb.

Azad Rəfi