KepezTV Player
Gəncədə mini futbol üzrə növbəti “Sevinc Kuboku” yarışına start verilib.
Ənənəvi xarakter daşıyan və hər il reallaşan “Sevinc Kuboku” bir qayda olaraq yay tətili günlərində keçirilir. Məktəblilərin asudə vaxtının səmərəli təşkilinə hesablanan yarışın açılış mərasimində bu kimi birinciliklərin uşaq futbolunun inkişafına xidmət etdiyi qeyd olunub. Bir ay davam edəcək cari turnirdə 14 komanda mübarizə aparacaq. 9-12 yaşlı futbolçulardan formalaşan kollektivlər 4 qrupda çıxış edəcəklər.
Azad Rəfi
- Baxış: 978