Göygöl rayonunda işsiz xanımlar üçün peşə təlim kursuna başlanılıb. İki ay davam edəcək təlimdə qadınlara bərbər-vizajist sənətinin sirləri öyrədilir. Kursu bitirən iştirakçılara sertifkatlar veriləcək və onlara sənətini davam etdirməkdə köməkliklər olunacaq.
Svetlana Bayramova - iştirakçı: Göygöl rayonunda yaşayıram Özüm işləmirəm, məşğulluğa müraciət elədim. Məni yönləndirdilər ki, saç kəsmək vizajist kursumuz açılıb. Kursa yazıldım və öyrənirəm. Yaxşı müəlliməmiz var, razıyıq öyrədir, yaxşı dərslər keçir. Saçı kəsməyi, yığmağı, vizajisti öyrənmişik.
Neçə illərdir ki, işsiz olan Svetlana Bayramova digər 15 qadınla birlikdə bərbər-vizajist qrupunda kursda iştirak edir. Onlara, Göygöl rayon peşə məktəbində təcrübəli müəllimlər qadın bərbərliyinin sirlərini öyrədir. İyulun 22-dən başlanılan kurslara həftə içi 5 gün dərslər keçilir.
Gülnar Babayeva - təlimçi: Rayonumuzda bu kurslara xanımlarımızın marağı çoxdu. Tələblərimiz məşğulluq mərkəzindən göndərilib. Hamısından çox razıyam. Kimin nəyə marağı var sullar veriri və cavablarını alırlar, öyrədirik. İstərdik ki, belə kurslarımız daha çox olsun. Özüm üçündə çox maraqlıdır.
Bəsti İsmayılova - iştirakçı: Murovdağ qəsəbəsində yaşayıram. Məşğulluğa bərbər peşəsi üzrə müraciət elədim. Bu peşə təlimləri davam eləsin.Saç yığımı, buruqlar, makiyajın düzgün çəkilmə qaydalarını öyrənmişik.
Hazırda Göygöl rayon Məşğulluq Mərkəzində səhiyyə, təhsil, kumnal xidmətləri, otel və digər sahələri əhatə edən 262 boş iş yeri var. Bu ilin yola salınan son 6 ayın da isə məşğulluq mərkəzi tərəfindən müxtəlif dövlət və özəl müəsisələrdə 463 nəfər işlə təmin olunublar.
Nazim Cəfərov - Göygöl Rayon Məşğulluq Mərkəzini direktor əvəzi: 2019-cu ilin 6 ayı ərzində Göygöl rayon Məşğulluq Mərkəzində 991 nəfər rayon vətəndaşı iş axtaran kimi qeydiyyata alınıb. Onlardan da 106 nəfəri qadın olmaqla 463 nəfəri özlərinə münasib işlə təmin olunublar. Məşğulluq mərkəzi tərəfindən 50 nəfər işsiz vətəndaş özünə məşğulluq təlimlərinə cəlb olunublar. Yaxın zamanlarda onların müvafiq aktivlərlə təmin olunacaqlar.
Hazırda təşkil olunan peşə təlimi kursları əmək bazarında ən çox tələb olunan və işsiz vətəndaşların müraciəti əsasında keçilir. İlin sonuna kimi Göygöl rayonun da daha bir peşə təlimi kursunun açılması nəzərdə tutulur.
Elnur Vahidoğlu
- Baxış: 894