Gürcü iş adamlarına Gəncədə lazımı dəstək göstərilir və bu istiqamədə ikitərəfli əməkdaşlıq bundan sonra da davam etdiriləcək
Gürcüstanın Gəncəyə yeni təyin olunan baş konsulu Nikoloz İaşvili şəhər rəhbərliyi tərəfindən qəbul olunub. Gəncədə ilk dəfə olan baş konsula şəhərin tarixi, görkəmli şəxsiyyətləri o, cümlədən müasir inkişafı ilə bağlı geniş məlumat verilib. Görüşdə ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq duyulduğu və bu münasibətlərin daha geniş inkişaf etdirilməsi dilə gətirilib. Müxtəlif sahələrdə əməkdaşlıqları perespektivləri, gürcü və azərbaycanlı iş adamlarına hər iki ölkədə lazımı dəstək və qayğının göstərilməsinin vacibliyi vurğulanıb. Xalqlar arasında mövcud olan dostluq münasibətlərinin, görüləcək işlərədə müsbət təsir göstərəcəyi qeyd olunub.
Sin: Nikoloz İaşvili Gürcüstanın Gəncədəki Baş konsulu: İlk növbədə mənim əsas vəzifəm burada olan gürcü vətəndaşlarının hüquqlarını qorumaq olacaq. Gürcüstanın Gəncədəki konsulluğu ətraf 14 rayonda yaşayan gürcü vətəndaşlarına da problemlərini həll etmək üçün xidmət göstərir. Bizim buradakı fəaliyyətimiz konsulluq fəaliyyəti ilə yekunlaşmayacaq. Biz burada yerli icra orqanları ilə birgə işləməyi nəzərdə tuturuq.
- Baxış: 633