• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1630
— 01.08.2019 16:54

Jurnalist olmaq istəyənlər qabiliyyətlərini göstəriblər

KepezTV Player

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanında iştirak ediblər. Respublika üzrə 486 nəfər qeydiyyatdan keçərək imtahanlara qatılıb. Gəncədə bir binada təşkil olunan prosesdə iştirak üçün şəhər və ətraf rayonlardan 36 nəfər qeydiyyatdan keçib. Onlardan 11-i imtahanda iştirak etməyib. Dövlət İmtahan Mərkəzi tərəfindən bütün abituryentlərə canlı bağlantı vasitəsi ilə onlayn şəkildə 3 inşa mövzusu təqdim olunub. Abituriyentlər bu mövzulardan birini seçərək 180 dəqiqə ərzində esse yazıblar. Yazı işləri Dövlət İmtahan Mərkəzinin ekspertləri və peşəkar jurnalistlər tərəfindən yoxlanılır. Ümumi 5 baldan yuxarı qiymət alan abituriyentin nəticəsi məqbul qiymətləndirilir və jurnalistika ixtisasını seçmək hüququ qazanır.