KepezTV Player
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya birinciliyi davam edir. Növbəti yarış günündə Azərbaycan komandasının aktivinə sərbəst güləşçi Murad Haqverdiyev bürünc medal yazıb. Gəncə güləş məktəbinin yetirməsi 45 kq çəki dərəcəsində fərqlənib. Mükafat yolunda Murad 4 görüş keçirb və yalnız yarımfinalda uduzub. O, 3-cü yer uğrunda Qırğızıstan təmsilçisi ilə qarşılaşıb. Görüşdə əzmkar mübarizə ortaya qoyan Haqverdiyev son saniyələrdə icra etdiyi fəndlə hesabda önə keçərək dünya birinciliyində fəxri kürsüyə yüksəlib. Xatırladaq ki, Murad Haqverdiyev bir neçə gün öncə ölkəmizdə keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında qızıl medal qazanıb.
Azad Rəfi
- Baxış: 612