• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2314
— 01.08.2019 12:29

Aşıq Ədalətin 80 illik yubileyi qeyd olunub

KepezTV Player

Qazaxda Əməkdar incəsənət xadimi, aşıq Ədalət Nəsibovun  80 illik yubileyi qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə Ağköynək kənd qəbiristanlığında Dədə Ədalətin məzarüstü abidəsi önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla yad ediblər. Tədbirdə çıxış edənlər Ədalət Nəsibovun Azərbaycan aşıq sənətində göstərdiyi misilsiz xidmətlərdən söz açıblar.  Sənətkarın 80 illik yubileyinin yüksək səviyyədə qeyd olunması aşıq sənətinə verilən qiymət kimi səciyyələndirilib. Vurğulanıb ki, 60 ildən çox Azərbaycan mədəniyyətinə, sözünə, sazına xidmət göstərən Dədə Ədalət bu gün bütün xalqın ürəyində yaşayır.  Aşıq nəinki Azərbaycan xalqı, eləcə də bütün türk dünyasının sevilən sənətkarı, böyük ustadı olub. Çıxışlarda  Prezident İlham Əliyevin, Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında gördükləri genişmiqyaslı işlərdən də danışılıb.  Daha sonra söz aşıqlara verilib. İfa edilən saz havaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Nizami Cəfərov - millət vəkili: Qazax əlbəttə Azərbaycan aşıq sənətinin ocaqlarından biridir. Burada çox böyük söz sənətkarları, aşıq havaları ifaçıları yetişib. Eyni zamandada Aşıq Ədalət bu səntəkarların  ümumiyyətlə Azərbaycanın türk dünyası miqyasında seçilən ən böyüklərindən biridir.

Natiq Hüseyn